REGİONLAR
Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Ağdam, 29 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, payızlıq və yazlıq dənlilərin istehsalı ötən illə müqayisədə 2,5 faiz artaraq 57 min 569 ton, şəkər çuğunduru istehsalı 4,8 dəfə artaraq 7948 ton, kartof istehsalı 0,6 faiz artaraq 7607 ton, tərəvəz istehsalı 9,8 faiz artaraq 49 min 806 ton, bostan bitkiləri istehsalı 2 faiz artaraq 5241 ton olub. Pambıqçılıqla məşğul olan fermerlər bu günə qədər 782 ton məhsul toplayıblar. Bu, 2015-ci ilin eyni dövrünə nisbətən 11,7 dəfə çoxdur.
Rayonun torpaq mülkiyyətçiləri hazırda pambıq yığımını və payızlıq əkinləri davam etdirirlər.