REGİONLAR


Ağdamda meyvə, tərəvəz və bostan bitkilərinin yığımı davam edir

Ağdam, 14 avqust, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-iyul ayları ərzində 9770 hektardan 36 min 196 ton taxıl, 348 hektardan 5860 ton kartof, 3724 hektar tərəvəz sahəsinin 930 hektarından 17 min 466 ton tərəvəz, 114 hektar bostan sahəsinin 85 hektarından 1694 ton bostan məhsulları, həmçinin 432 ton meyvə və giləmeyvə toplanıb. Hazırda meyvə, tərəvəz və bostan bitkilərinin yığımı davam edir.

Rayonun təsərrüfatlarında indiyədək 3100 hektarda şum qaldırılıb ki, bu da keçən ilkindən 27,8 faiz çoxdur. Məhsul istehsalının artırılması üçün 108,5 hektar sahədə təkrar əkin aparılıb.

Rayonda heyvandarlıq məhsullarının istehsalında artım dinamikası davam edir. Belə ki, ilin əvvəlindən 2449,1 ton ət, 20 min 107,5 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,7 faiz, süd istehsalı 1,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.