REGİONLAR


Ağdamda ötən illə müqayisədə 11,7 dəfə çox pambıq tədarük olunub

Ağdam, 14 yanvar, AZƏRTAC

Ağdam rayonunun işğal altında olmayan ərazilərində 2016-cı ildə 551 hektar sahədə pambıq becərilib və torpaq mülkiyyətçiləri 833 ton “ağ qızıl” toplayıblar.

Ağdam rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə əkin sahəsi 15,3 dəfə, məhsul isə 11,7 dəfə çoxdur. Tədarük olunan pambığın 583,2 tonu birinci, 142,1 tonu ikinci, 55 tonu üçüncü, 52,7 tonu dördüncü sortdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilib.

Cari ildə rayon ərazisində 3000 hektar sahədə pambıq əkilməsi üçün hazırlıq görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.