CƏMİYYƏT
Ağdamda partlamamış top mərmisi aşkarlanıb VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında Ağdam rayonunun Kiçikli kəndində su arxında bir partlamamış hərbi sursat (122 millimetrlik “OF-462” top mərmisi) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən 23-dək agentlik tərəfindən Ağdam, Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində bir otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1237 partlamamış hərbi sursat, 10 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 13 min 10 kvadratmetr təşkil edib.