REGİONLAR
Ağdamda yaşıllıqlara qulluq göstərilib
Ağdam, 7 fevral, AZƏRTAC
Ağdam rayonunda ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonda keçirilən növbəti iməcilikdə rayon icra hakimiyyətinin, təsərrüfat və digər xidmət kollektivlərinin nümayəndələri, sakinlər fəal iştirak ediblər. İməcilik zamanı Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində, Bayraq Meydanı ətrafında və Quzanlı-Xındırıstan avtomobil yolu kənarında təmizlik işləri aparılıb, əkilən ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənib və suvarılıb.
Rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlər bundan sonra da davam etdiriləcək.