İDMAN


Ağdamın “Qarabağ” klubu Avropa Liqası yarışlarında iştirakını dayandırıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda meydana çıxıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda İtaliyanın “Fiorentina” komandasını qəbul edib.

“Qarabağ”ın ilk on birliyində İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, İlqar Qurbanov, Ansi Aqoli, Qara Qarayev, Rahid Əmirquliyev, Riçard Almeyda, Muarrem Muerrem, Dani Kintana və Dino Ndlovu yer alıblar.

“Fiorentina”nın start heyətində meydana Çaprian Teteruşanu, Davide Astori, Qansalo Rodriqes, Milan Badel, Matias Vesino, Federiko Bernaredski, Maksimiliano Oliveyra, Sebastyan Kristoforo, Federiko Keza, Huma Babakar və Nenad Tomoviç çıxıblar.

Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyunun ilk hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.

Görüşün ikinci hissəsində “Fiorentina” istəyinə nail olub. Matçın 60-cı dəqiqəsində Matisa Vesino hesabı açıb. 73-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Reynaldo hesabı bərabərləşdirib. Üç dəqiqə sonra Federiko Kezo İtaliya klubunu yenidən hesabda önə çıxarıb. Beləliklə, görüş 2:1 hesabı ilə “Fiorentina”nın qələbəsi ilə yekunlaşıb.

Qrupun Yunanıstanda təşkil olunan digər oyununda yerli PAOK komandası Çexiyanın “Slovan” klubunu məğlub edib – 2:0.

İtaliya təmsilçisi 13 xalla “J” qrupunun lideri kimi onaltıdabir final mərhələsinə yüksəlib. Hesabında 10 xal olan POAK-da növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” 7 xalla qrupu üçüncü, “Slovan” isə 3 xalla dördüncü pillədə başa vurub. “Qarabağ” və “Slovan” Avropa Liqasında iştiraklarını dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.