İDMAN


Ağdamın “Qarabağ” klubu Danimarkanın “Brondbü” komandası ilə qarşılaşacaq

Bakı, 29 iyun, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol klubunun sonuncu - dördüncü yoxlama matçında rəqibi məlum olub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” komandası ilə qarşılaşacaq.

Matç iyulun 2-də keçiriləcək və yerli saatla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

Qeyd edək ki, Ağdam klubu ilk üç yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına 2:5, Moskva “Dinamo”suna isə 0:1 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.