İDMAN


Ağdamın “Qarabağ” klubu Moldovanın “Şerif” komandasını qəbul edəcək

Bakı, 25 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. Baş hakimə həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

“Qarabağ”-“Şerif” oyunu saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.