İDMAN


Ağdamın “Qarabağ” klubu səfərdə İtaliyanın “Fiorentina” komandasının qonağı olacaq

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Ağdamın “Qarabağ” klubu səfərdə İtaliyanın “Fiorentina” komandasının qonağı olacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç Florensiya şəhərindəki “Artemio Françi” stadionunda keçiriləcək.

Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri isə Roland Bradner və Stefan Kührdür. Əlavə köməkçi hakimlər isə Manuel Şüttengruber və Dieter Mukenhammerdir. Roland Riedel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.