İDMAN


Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın "Qarabağ" klubu Lüksemburqun "F91 Düdelanj" komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ"ın heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Muarrem Muarrem, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Bədəvi Hüseynov və Dani Kintana yer alıblar.

Lüksemburq təmsilçisinin start heyətində isə Jonatan Juber, Tom Şnell, Mario Pokar, Daniel da Mota, Rodrik Dikaba, Dominik Ştolts, Kevin Nakaçe, Jerri Prempe, Brayan Meliss, Kevin Malj və David Turpel meydana çıxıblar.

İsrailli baş hakim Orel Qrinfildin idarə etdiyi oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeydaya qarşı kobud oyuna görə “F91 Düdelanj”ın qapısına penalti təyin olunub. R.Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb.

Görüşün 27-ci dəqiqəsində R.Almeyda dubl edib. Braziliyalı futbolçu Dani Kintananın ötürməsini qolla tamamlayıb. İlk hissəsinin sonunadək hesab dəyişməyib.

İkinci hissədə də komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.

Beləliklə, görüş “Qarabağ”ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Lüksemburqda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.