RƏSMİ XRONİKA


Ağdamın Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət  VİDEO [YENİLƏNİB]

Ağdam, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.

Bildirildi ki, Ağdam rayonunda da geniş bərpa və yenidənqurma işləri davam etdirilir. Sosial təyinatlı layihələrin icrası diqqət mərkəzində saxlanılır, yol infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görülür. Bundan əlavə, rayonun müxtəlif kəndlərində həm məktəb, həm də uşaq bağçalarının tikintisi və yenidən qurulması həyata keçirilir.

Dövlətimizin başçısına və xanımına gələcəkdə Ağdamda inşası nəzərdə tutulan istehsal təyinatlı müəssisələr barədə də məlumat verildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin