İDMAN


Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib [YENİLƏNİB]

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Ağdamın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu İsveçdəki "Qamla Ullevi" stadionunda "Höteborq" komandası ilə qarşılaşıb.

Polşalı baş hakim Pavel Raçkovskinin idarə etdiyi oyunun birinci hissəsində Ağdam təmsilçisi fəal olsa da, fərqlənə bilməyib.

İkinci hissəyə daha fəal başlayan "Höteborq" istəyinə nail olub. Matçın 56-cı dəqiqəsində Mads Albek hesabı açıb. "Qarabağ" rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsa da, top qapıdan keçməyib.

Beləliklə, görüş 1:0 hesabı ilə "Höteborq"un xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, mübarizəyə Çempionlar Liqası yarışlarında başlayan "Qarabağ" ikinci təsnifat mərhələsində Lüksemburqun "F91 Düdelanj" komandasını yarışdan kənarlaşdırıb. Üçüncü təsnifat mərhələsində isə Çexiyanın "Viktoriya" komandasına uduzan Ağdam təmsilçisi Avropa Liqası yarışlarında iştirak hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.