REGİONLAR


Ağdamlı gənc: Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ədalətli olmağa çağırırıq

Ağdam, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı bölmələri cəbhəboyu kəndləri daim atəş altında saxlayır, əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur, dinc insanları, o cümlədən uşaqları, qadınları qətlə yetirir, yaralayırlar. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçı siyasətinə, erməni vandalizminə biganə yanaşır.

Bu fikirləri Ağdam rayon Qaradağlı kənd sakini Zəfər İmanov AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, bir neçə gün əvvəl Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində kənd sakini 13 yaşlı Ramin Yusifovun yaralanması məhz beynəlxalq ictimaiyyətin biganəliyinin nəticəsidir.

“2011-ci ildə Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən erməni snayperinin atəşi nəticəsində qətlə yetirildikdə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susdu. 2016-cı ilin aprel ayında Ermənistan silahlı bölmələrinin cəbhədə törətdikləri təxribatlar zamanı mülki əhaliyə məxsus yaşayış evləri, məktəblər, ictimai binalar dağıdıldı, dinc sakinlər həlak oldu və xəsarət aldı. Düşmənin artilleriya atəşi nəticəsində mənim yaşadığım Qaradağlı kəndində də onlarla ev dağıdıldı. Lakin beynəlxalq təşkilatlar yenə də qəti mövqe nümayiş etdirmədi. Törətdiyi cinayətlərə görə cəzasız qalan Ermənistan isə dinc insanlara qarşı təxribatları davam etdirməkdədir. Biz, cəbhə bölgəsinin gəncləri dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ədalətli olmağa çağırır, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün təsirli tədbirlər görülməsini tələb edirik”, - deyə Z.İmanov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.