SİYASƏT
Ağdamlı gənclər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ağdam, 18 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Ağdam rayon gənclərinin nümayəndələri Bakı şəhərinə gələrək onun məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə çiçək dəstələri düzülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]