REGİONLAR
Ağdamlı məktəblilər fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı məlumatlandırılıblar
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi və texniki işçilərinin iştirak etdikləri tədbirdə zəlzələ hadisəsi, sel və daşqın təhlükələri barədə ətraflı söhbətlər aparılıb. Mərkəzin əməkdaşları “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir”, “Fövqəladə halların növləri”, “Elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları”, “101 və 112 xidmətinə müraciət qaydaları” mövzularında çıxışlar ediblər. Şagirdlərə fövqəladə hallar zamanı düzgün davranış qaydaları izah olunub.
Tədbirdə iştirakçılara mövzu ilə bağlı broşürlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra məktəb rəhbərliyinə binaların təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasına, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına, əsas və ehtiyat çıxış qapılarının, zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasına, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlığın yenilənməsinə dair bir sıra tövsiyələr verilib.