REGİONLAR


Ağdaşda 10 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur

Ağdaş, 27 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı kənd avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 33 kilometr uzunluğu olan və 11 min 700 nəfərin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması işlərini “Azəravtoyol” ASC-nin tikinti briqadası həyata keçirir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yola ikiqat olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə, 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur. Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. Bir gediş və bir gəliş olmaqla, iki hərəkət zolağından ibarət olacaq yol dördüncü texniki dərəcəyə uyğun tikilir.

Hazırda ərazidə ağır texnikalar vasitəsilə yol yatağının hazırlanması işləri görülür. Həmçinin avtomobil yolunun altından sel sularının ötürülməsi, əkin sahələrinin suvarılması üçün müxtəlif diametrli 120 suötürücü boru quraşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.