REGİONLAR


Ağdaşda narkomaniya ilə mübarizəyə həsr edilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ağdaş, 7 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində “Zərərli vərdişlərə yox deyək” mövzusunda “dəyirmi masa” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti ilə gənclər və idman idarəsinin birgə təşkil etdiyi tədbirdə yeniyetmə və gənclər, ağsaqqallar, təhsil və tibb işçiləri, polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində “Narkomaniyanın törətdiyi fəsadlar” mövzusunda yeniyetmə və gənclərın rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Çıxış edənlər narkotiklərin insan orqanizminə mənfi təsirindən, cəmiyyət üçün yaratdığı böyük təhlükədən söz açıblar. Bildirilib ki, narkotiklərə qarşı mübarizənin aparılmasında hər kəsin üzərinə mühüm vəzifə düşür. Natiqlər yeniyetmə və gənclərin bu dəhşətli bəlaya düçar olmaması üçün həyata keçirilən davamlı tədbirlərdən də danışıblar.

Tədbir çərçivəsində “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.