REGİONLAR
Ağdaşda ötən illə müqayisədə daha çox taxıl tədarük edilib
Ağdaş, 11 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda taxıl biçini uğurla başa çatıb.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət qayğısından yararlanan ağdaşlı fermerlər bu il 11 min 73 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 725 hektar çoxdur. Taxıl sahələrinin 2619 hektarını buğda, 8454 hektarını arpa təşkil edib. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib.
Biçin kampaniyasını vaxtında başa çatdıran ağdaşlı fermerlər sahələrdən 34 min ton taxıl tədarük ediblər. Rayonda məhsuldarlıq orta hesabla 30,7 sentner olub. Ötən il isə Ağdaşda 31 min 503 ton taxıl istehsal edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]