CƏMİYYƏT


Ağdaşda polis veteranları cinayətkarlıqla mübarizədə də öz səylərini əsirgəmir

Bakı, 8 iyul, AZƏRTAC

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin təşəbbüsü ilə polis veteranları Xosrov kəndindəki İ.Ələsgərov adına tam orta məktəbdə şagirdlərlə görüş keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, RPŞ-nin veteranlar şurasının sədri Elman Qurbanov və şuranın üzvləri “Azyaşlılar və yeniyetmələr arasında baş verə biləcək hüquq pozuntularının və cinayət hadisələrinin qarşısının alınmasında qabaqlayıcı tədbirlər” mövzusunda çıxışlar ediblər. Tədbirdə şagirdlərə hüquqazidd əməllərin fəsadları, ictimai qayda pozuntularına səbəb olan hallar və onların nəticələri, eləcə də narkotiklərin insan orqanizminə zərəri, dini ekstremizmə qarşı mübarizə, yol hərəkəti təhlükəsizliyi barədə ətraflı məlumat verilib.

Qanunlara riayət etməyin yeniyetməlik dövründən başlandığını qeyd edən polis veteranları gənclərə sağlam ruhda, vətəninə, xalqına layiqli vətəndaş kimi yetişməyin, vətənpərvərlik ruhunda tərbiyənin əhəmiyyətindən danışıb, öz tövsiyələrini veriblər.

Ağdaş Rayon Polis Şöbəsinin Veteranlar Şurası cari ilin 6 ayı ərzində şəhərin ictimai kollektivlərində və ümumtəhsil məktəblərində 35 görüş keçirib, maarifləndirici söhbətlər aparıblar.

Polis veteranları cinayətkarlıqla mübarizədə də öz səylərini əsirgəməyib, 65 cinayətin açılmasında yaxından iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.