REGİONLAR


Ağdaşda referenduma hazırlıq işləri davam etdirilir

A+ A

Ağdaş, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da keçiriləcək referendumla bağlı 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyaları və onların əhatə etdiyi məntəqə seçki komissiyaları tərəfindən aparılan hazırlıq işləri davam etdirilir.

Referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıqlarla və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Vətəndaşların öz seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi inventar avadanlıqlar gətirilib, divardan seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələri referendumla bağlı təbliğat-təşviqat materialları ilə təmin edilib. Hazırda referendumun keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə səsvermə bildirişləri yazılır və bu günlərdə seçicilərə paylanılacaq. Bundan əlavə, hazırda dairə seçki komissiyası tərəfindən yerli müşahidəçilərin qeydiyyatı aparılır. Bu günədək 410 nəfər yerli müşahidəçi qeydiyyata alınıb və bu istiqamətdə işlər davam etdirilir.

90 saylı Ağdaş DSK-nın sədri Nurəddin Nəsibov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə üzrə ümumilikdə 40 seçki məntəqəsi tərəfindən 40 min 290 seçici qeydiyyata alınıb. Onlardan 6 nəfəri yaşı 100-dən yuxarı olan seçicilər, 305 nəfəri isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Səsvermə prosesinin internet vasitəsilə onlayn izlənilməsi üçün ümumilikdə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Qeyd edilib ki, referenduma hazırlıqla əlaqədar avqustun 22-dən 24-dək 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün, sentyabrın 6-dan 9-dək məntəqə seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.