REGİONLAR
Ağdaşda yeniyetmə və gənclərin XII ümumrayon spartakiadasının qalibləri mükafatlandırılıb
Ağdaş, 15 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Ağdaşda keçirilən yeniyetmə və gənclərin XII ümumrayon spartakiadası başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ağdaş Olimpiya İdman Kompleksində keçirilən spartakiadanın bağlanış mərasimində çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, əldə edilən uğurlardan danışıblar. Məlumat verilib ki, Ağdaş Olimpiya İdman Kompleksində, Heydər Əliyev parkında, şəhər stadionunda, müxtəlif idman klubları və cəmiyyətlərində, eləcə də orta məktəblərin idman zallarında 12 idman növü üzrə keçirilən yarışlarda Ağdaşın 43 inzibati ərazi vahidliyindən 1500-dən artıq məktəbli oğlan və qız iştirak edib.
Sonra futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, şahmat, budo, dama, yüngül atletika, stolüstü tennis, basketbol üzrə keçirilən rayon birinciliklərində qalib gəlmiş idmançılara diplom və medallar, qiymətli hədiyyələr verilib.