REGİONLAR


Ağdaşın Hapıtlı kəndinə ilk dəfə təbii qaz verilib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Ağdaş rayonunun Hapıtlı kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 112 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 kilometrlik müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.