REGİONLAR


Ağdaşın Pirkəkə kəndinə təbii qaz verilib

A+ A

Ağdaş, 15 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunun daha bir yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, rayonun Pirkəkə kəndinə təbii qazın verilməsi münasibətilə iyulun 15-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2600 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 15136 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 225 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.

Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.