CƏMİYYƏT
Ağdaşlılar hər bir vətəndaşın sağlamlığını düşünən dövlətimizin başçısına minnətdardır VİDEO
Ağdaş, 18 fevral (AZƏRTAC). Tibb işçiləri və sakinlər tərəfindən rəğbətlə qarşılanan, yüksək qiymətləndirilən bu aksiyanın əsas məqsədi odur ki, əhali sağlam olsun, xəstəliklər erkən müəyyən edilsin və insanlar vaxtında müalicə alsınlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağdaş rayon sakini Dursun Əliyeva demişdir. O, xəstəxanada yaradılan şəraitdən, vətəndaşların müayinəsinin yüksək səviyyədə təşkilindən razı qaldığını bildirmiş, göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə etmişdir.
Müayinə olunan sakinlərdən Aybəniz İsmayılova və Mehriban Yusifova isə Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən bu aksiyanın əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini söyləmişlər. Aybəniz İsmayılova son illər respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən davamlı tədbirləri dövlətimizin başçısının Azərbaycan vətəndaşının rifahına olan diqqət və qayğısı kimi dəyərləndirmişdir. O, demişdir: “Bu tədbirlər bir daha onu göstərir ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir”.