CƏMİYYƏT
Ağdaşlılar tibbi müayinə üçün yaradılan şəraitdən çox razıdırlar VİDEO
Ağdaş, 18 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkədə əhalinin tibbi müayinəsi ilə bağlı keçirilən aksiya bizim rayonda da yüksək səviyyədə təşkil edilmişdir. Bu xeyriyyə aksiyası rayon sakinlərinin ürəyincədir.
Bu sözləri AZƏRTAC-a tibbi müayinədən keçən Ağdaş rayon sakini Bəxtiyar Paşayev demişdir. O, dövlətimizin başçısı İlham Əliyevin vətəndaşlara yüksək səviyyədə tibbi müayinə imkanı yaradan bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirmişdir. B.Paşayev demişdir: “Mən burada dişlərimi müayinə etdirdim. Həkim öz məsləhətlərini verərək müalicə üçün hazırlıq işləri görməyə başlamışdır. Bizim rayonda müasir standartlara uyğun, hər cür tibbi avadanlıqla təchiz edilən yeni xəstəxana binası istifadəyə verilmiş, həkimlər və orta tibb işçiləri Türkiyədə ixtisasartırma kurslarında iştirak etmişlər. Bu diqqət və qayğı rayonumuzun əhalisində dərin razılıq hissi doğurmuşdur”.
Bəxtiyar Paşayev dövlətimizin başçısının bu xeyirxah təşəbbüsündən çox razı qaldığını bildirmişdir.
Bəxtiyar Paşayev vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.