CƏMİYYƏT


Ağgöl Milli Parkında qanunsuz ova cəhd edən İraq vətəndaşları cərimələniblər

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Ağgöl Milli Parkının ərazisində qanunsuz ova cəhd edən İraq Respublikasının vətəndaşları Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 10 diri göyərçin, qızılquş tutmaq üçün 5 cələ, qızılquş ovlamaq üçün 1 tələ, qızılquş üçün 1 papaq, 2 yataq döşəyi, 2 qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb. Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və ov alətləri müsadirə olunub. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, qanun pozucularının hər biri 2 min manat məbləğində cərimə edilib.

Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.