ELM VƏ TEXNOLOGİYA


“Ağıllı” çamadan smartfonu enerji ilə dolduracaq və sahibini lazımi yerə çatdıracaq VİDEO

A+ A

Bakı, 30 iyul, AZƏRTAC 

“Modobag” şirkəti eyniadlı və dünyada ilk motorlaşdırılmış minik çamadanı təqdim edib. Üstündə oturmaq üçün nəzərdə tutulan çamadan daha çox kiçik mopedə bənzəyir.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, “Modobag”in sürəti 13 kilometr saat təşkil edir, lakin bu göstərici baqajın və istifadəçinin çəkisindən asılıdır. Qurğunu idarə etmək çox asandır. Sadəcə qulpu çıxararaq ondan sükan kimi istifadə etmək lazımdır.

Çamadanı bir dəfə enerji ilə doldurmaqla 9,65 kilometr məsafə qət etmək mümkündür ki, bu da aeroport və ya vağzala bir neçə dəfə getməyə kifayət edir. Həmçinin quraşdırılmış akkumulyatordan iki “USB” çıxışı vasitəsilə smartfon, planşet və ya digər qurğuları enerji ilə doldurmaq üçün istifadə etmək olar. Səfər zamanı qurğuları xüsusi yan ciblərdə saxlamaq tələb olunur. Dörd min dəfə enerji ilə doldurulmaq üçün nəzərdə tutulan batareya sürətli enerji doldurma texnologiyasını dəstəkləməklə 15 dəqiqəyə lazımi enerjinin 80 faizini toplayır. Bundan başqa, qurğu çamadanın olduğu yeri “GPS” ilə müəyyənləşdirən və istifadəçi çox uzaqda olduğu halda xüsusi əlavə vasitəsilə bildiriş kimi əlavə funksiyalarla təchiz edilib.

“Ağıllı” çamadanı “Indiegogo” saytında 995 dollara sifariş etmək mümkündür. Tədarüklərə növbəti ilin yanvarında başlamaq planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.