DÜNYA


“Ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator təqdim edilib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC 

“Panasonic” şirkəti “ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyatorunu təqdim edib. Qalınlığı 0,55 millimetr təşkil edən batareya dəfələrlə əyildikdən (radius - 25 millimetrədək) və burulduqdan (öz oxu üzrə 25 dərəcə) sonra yenidən enerji ilə doldurulur və işləmə xüsusiyyətlərini saxlayır. Ənənəvi litium-ion akkumulyatorlardan fərqli olaraq yeni batareya formasını dəyişmir və buna görə əyiləndə sınmır.

AZƏRTAC “4PDA” saytına istinadən xəbər verir ki, belə xüsusiyyətlərə akkumulyatorun, prinsipcə, yeni daxili strukturu və laminar üst qatdan istifadə sayəsində nail olmaq mümkün olub. Yaponiya istehsalçısının məlumatına görə, elastik akkumulyator minlərlə ardıcıl əymə və ya burulmadan sonra özünün əvvəlki tutumunun 99 faizini saxlayır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, əyilmənin maksimum radiusu 25 millimetr, burulma bucağı 25 dərəcə təşkil edir. Bundan əlavə, akkumulyator sızma və qızmadan etibarlı qorunub ki, bu da ondan bilavasitə insan bədəni yaxınlığında (bunun sayəsində daşınan qurğular və “ağıllı” geyimlə inteqrasiya mümkün olur) olan qurğularda istifadəyə imkan verir. Texnologiya Yaponiyada 25 patent hüququ, eləcə də sifarişlər nəzərə alınmaqla 15 beynəlxalq patentlə qorunur.

“Panasonic” yeni akkumulyatoru oktyabrın 4-7-də Yaponiyada keçiriləcək "CEATEC 2016” beynəlxalq sərgisində nümayiş etdirməyi planlaşdırır. Elastik akkumulyatorun ilk nümunələrinin tədarükünə bu il oktyabrın sonunda başlamaq nəzərdə tutulur. Həmçinin şirkət gələcəkdə akkumulyatorların qalınlığının kiçildilməsi üzərində də çalışmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.