DÜNYA


“Ağıllı” qələm “3D” modelləri yaradacaq VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Bir müddət əvvəl “Instrumments” şirkəti halqa və lazerdən ibarət xüsusi mexanizm vasitəsilə müxtəlif əşyaların ölçülərini 0,11 millimetrədək dəqiqliklə ölçməyə imkan verən “Instrumments 01” “ağıllı” qələmini təqdim edib.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, bu dəfə isə mütəxəssislər növbəti ildə mobil proqram üçün obyektlərin ölçülərini ölçməklə yanaşı, onların “3D” modellərini yaratmağa imkan verəcək yenilənmə təqdim etməklə bağlı planlarını açıqlayıblar. Plana görə, qələmi lazımi əşya üzərinə yavaşca yaxınlaşdırmaqla smartfonda real vaxt rejimində onun həcmli modelini yaratmaq mümkün olacaq.

Həmçinin şirkət “Instrumments 01Go” qələmini təqdim edib. Əks sonluqda qələm, karandaş və markörün olmaması onun əsas fərqləndirici cəhətidir və bunun sayəsində aksesuar daha yığcam alınıb. Lakin bu halda istifadəçilər ölçüləri yazmaq üçün özləri ilə əlavə olaraq qələm və ya karandaş gəzdirməli olacaqlar.

“Instrumments 01” qələmini “Indiegogo” saytında 149 dollara sifariş etmək olar. “Instrumments 01Go” qurğusunun qiyməti 79 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.