DÜNYA


“Ağıllı” qulaqcıq smartfonu əvəz edəcək

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Son illər istifadəçilərin fiziki aktivliyini izləyən və ya sevimli musiqini yükləməyə imkan verən çoxlu “ağıllı” qulaqcıqlar satışa çıxarılıb. Lakin “ağıllı” “Vinci” qulaqcığı həqiqətən yeniliyi və qeyri-adiliyi ilə fərqlənir. Qulaqcığın başqa qurğulara qoşulmadan avtonom işləyə bilməsi onu faktiki olaraq tam smartfona çevirir. Belə ki, sensorlu displey və “3G” dəstəkləmə ilə təchiz edilən “Vinci” zənglər etməyə imkan verir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, səsli idarəetməni dəstəkləyən qulaqcıq virtual köməkçi, “3D” səsyazma, qabaqcıl səs azaltma texnologiyası, musiqi ilə yanaşı, ətrafdakı bütün səsləri eşitməyə imkan verən rejim, “Soundcloud” və “Spotify” kimi servislər, fiziki aktivliyi izləyən ötürücülər və s. ilə təchiz edilib.

“ARM Cortex-A7” prosessoru və 1 giqabaytlıq operativ yaddaş qurğunun işini təmin edir, eləcə də 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış toplayıcı sevimli musiqiləri yükləməyə imkan verir. Bundan başqa, qulaqcıq istifadəçinin vərdişləri, onun fiziki vəziyyəti, üstünlükləri və s. əsasında musiqi tövsiyə edir. 1500 milliamper/saat tutuma malik quraşdırılmış akkumulyator 10 saat ərzində musiqi səsləndirməyə imkan verir.

“Ağıllı” “Vinci” qulaqcığını “Kickstarter” saytında 99 dollara sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.