ELM VƏ TƏHSİL


“Ağıllı” telefonları 20 dəqiqə ərzində enerji ilə tam təchiz edən cihaz hazırlanıb

Bakı, 4 mart, AZƏRTAC

Çinli telefon istehsalçıları dünya telefon bazarını təəccübləndirməkdə davam edirlər. Onların təqdim etdikləri dizayn və yeniliklər texnologiya nəhənglərinə sanki dərs verir. Telefon istehsalı ilə məşğul olan “Meizu” şirkəti sürətli enerji təminatı texnologiyası sahəsində mühüm işlər aparır. Belə ki, şirkət artıq “Super mcharge” sürətli doldurma texnologiyasını təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, cihaz bir “ağıllı” telefonu 20 dəqiqəyə tam enerji ilə təchiz edir. Texnologiya şirkətlərinin diqqət mərkəzində olan “Super mcharge”in hansı telefonlar üçün nəzərdə tutulduğu hələlik bəlli deyil. Cihazın bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

Şirkətin rəhbərliyinin sözlərinə görə, hazırda “Super mcharge”in sınaq mərhələsi uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.