Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ağılsızlıq etməyin, cənablar!
Sizin “erməni soyqırımı” adlı bəyanatlarınız böyük qarşıdurmaya təhrik edir

Bakı, 16 aprel, AZƏRTAC

Məşhur filosof Mişel Monten yazıb: “Kim ömründə ağılsız danışmayıb? Bunu ətraflı düşünərək etmək fəlakətdir”.

M.Monteni hələ utopist filosof adlandırırlar. Yəqin ki, əgər o, indi ayrı-ayrı siyasətçilərin çıxışlarını eşitsəydi, onda bu “hərtərəfli düşünülmüş ağılsızlığın” miqyasından, daha doğrusu, sayəsində böyük pullar qazanıldığı, ərazilərin istila olunduğu, bir sıra xalqların cəzalandırıldığı planlı yalandan dəhşətə gələrdi. Onda o da razılaşardı ki, XVI əsrdə onun dünyaya baxışı utopiya olub.

Bu gün kiməsə türkləri ləkələmək və qondarma “erməni soyqırımı”nda ittiham etmək lazımdır. Çoxlarına aydındır ki, bu isteriyanın kökləri haradan, yəni uydurma “soyqırımı”nın “100 illiyi” ərəfəsinə göstərilən təzyiqdən yaranır. Ermənilər və onlara “bəli-bəli” deyən siyasətçilər, tarixçilər, incəsənət xadimləri dünya ictimaiyyətini “vaxtilə 100 il əvvəl erməni “soyqırımı” qəbul olunsaydı, nəticədə yəhudilərin soyqırımı da olmazdı” fikrinə inandırmağa çalışırlar. Bu, onların əsas “dəlil”idir ki, dünya ermənipərəstlərinin fikrincə, beynəlxalq ictimaiyyəti “soyqırımı”nı tanımağa vadar etməlidir.

Gəlin bir saniyəlik bu düsturla razılaşaq və onu təhlil etməyə çalışaq. Birinci sual. Ermənilərin Osmanlı imperiyasında ölümü məgər bəşəriyyətin mövcudluğunun əvvəlindən başlayaraq insanların ilk kütləvi ölümüdür? Əsla yox. Təəssüf ki, bununla bağlı çoxsaylı nümunələr gətirmək olar ki, müharibə və silahlı münaqişələr nəticəsində milyonlarla insanlar həlak olub. Vikipediyadan sitat gətirək: “Bəşər tarixində qədim dövrlərdən bu günümüzədək soyqırımı hadisəsinə az rast gəlinməyib. Bu, xüsusilə qırıcı müharibələr və dağıdıcı hücumlar, istilaçıların yürüşü, daxili etnik və dini toqquşmalar, Avropa dövlətlərinin müstəmləkə imperiyalarının formalaşması üçün xarakterikdir”. Sitatın son ifadəsinə diqqət yetirin - “Avropa dövlətlərinin müstəmləkə imperiyalarının formalaşması üçün”.

Elə bu zaman məntiqi sual yaranır: nəyə görə Osmanlı imperiyasında 1915-ci ilin hadisələri “soyqırımı”nın tanınmasında istinad nöqtəsi olmalıdır? Kim ermənilərə və onlarla əlbir olanlara özlərini “soyqırımı”na məruz qalanların əcdadı hesab etmək hüququnu verib?!

100 il əvvəl bəzi dövlətlər və onlara Türkiyənin daxilində kömək edən ermənilər bütün türk millətini Yer üzündən silmək, onun dövlətçiliyini məhv etmək, ərazisini qaliblər arasında bölüşdürmək istəyiblər. Çoxsaylı düşmənlərin istəklərinə baxmayaraq, türklərin məhv edilməsi planı həyata keçməyib. Türklər davam gətirdilər, dünyəvi dövlət qurmağa başladılar, onu qorudular və bu gün də dövlətçiliyini qoruyurlar və dünyanın ən yaxşı ordularından birinə malikdirlər. Hazırda ermənilər Osmanlı imperiyasındakı hadisələri Holokostla müqayisə etməyə cəhd göstərməklə inandırmağa çalışırlar ki, əgər dünya ictimaiyyəti “erməni soyqırımı”nı “vaxtında” tanımış olsaydı, yəhudilərin soyqırımı da baş verməyəcəkdi. Lakin hamı faşistlərin Avropada yəhudiləri necə məhv etdiklərinin bütün xırdalığını xatırlayır. Bu barədə çoxsaylı sübutlar, o cümlədən sənədlər və s. kifayət qədər mövcuddur. Lakin “erməni soyqırımı” 1915-cı ildə “sağ qalmış” ermənilərin ifadələri və Osmanlı imperiyasındakı hadisələrdən bir neçə il sonra ermənilərin sifarişi ilə yazılmış bir neçə kitab üzərində quraşdırılır.

Tutaq ki, Holokost olmayıb. Bəs o halda ermənilər 1915-ci il hadisələrini nə ilə müqayisə edəcək, onu necə adlandıracaqdılar? Çünki “soyqırımı” termini ilk dəfə 1943-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən işlədilib, beynəlxalq statusu isə İkinci Dünya müharibəsindən sonra 1948-ci ilin dekabrında alıb.

Bəlkə ermənilər daha da irəli getsinlər və desinlər ki, əgər erməni “soyqırımı” tanınsaydı, nə inkvizisiya, nə xaç yürüşləri, nə də Avropa müstəmləkəçiləri tərəfindən Afrika və Asiya xalqlarının məhv edilməsi baş verərdi!

5-6 il bundan əvvəl aprelin 24-də mən “erməni soyqırımı” barədə danışan üç xarici telekanala baxdım. “Qırılmağa” düçar edilmiş ermənilərin sayı həndəsi silsilədə artırdı. Bir kanalda 1 milyon, ikinci kanalda isə 1,5 milyon, günün sonuna isə rəqəm 2,5 milyona çatdı. Bir əsrin ərzində erməni xalqının “tarixi” bax belə yazılır. Milyon o yana, milyon bu yana – nə fərqi var, onsuz da rəqəmlər uydurmadır. XX əsrin əvvəlində planetin əhalisinin sayı barədə statistik məlumatlar qeyri-dəqiq olub. Bu və ya digər ölkədə nə qədər insanın yaşaması barədə dəqiq məlumat yoxdur. Hər şey təqribi olub. Bunun üzərinə həmin vaxt dövlətçiliyə malik olmayan, hətta öz adı belə olmayan, dini prinsip əsasında qeydə alınan çoxlu xalqların olduğunu əlavə etsək, onda ermənilər Osmanlı imperiyasında məhv olmuş həmqəbilələrinin sayını necə dəqiqliklə hesablaya bilərdilər? Bəzi mənbələr, başlıca olaraq, erməni mənbələrinə əsasən 1915-ci il hadisələrinədək Osmanlıda 2 milyondan 4 milyonadək erməni yaşayıb. Yenə də nə fərqi – 2 milyon o yana, 2 milyon bu yana, onsuz da “soyqırımı”na yazılacaq. Real statistika isə, şübhəsiz ki, başqadır. XX əsrin əvvəlində Osmanlı imperiyası ərazisində təxminən 1,5 milyon erməni yaşayıb. Dəqiqləşdirirəm, bu, 1918-ci ilədək Osmanlı imperiyası ərazisinə aiddir, ondan daha az əraziyə malik Türkiyə Respublikasına aid deyil.

Tarixçilərin çoxu etiraf edirlər ki, ermənilərin köçürülməsi Osmanlı imperiyasının o ərazisində baş verib ki, orada erməniləri kütləvi dəstəkləyən təcavüzkar ölkələr olub. Bu isə 800 min nəfər edir. Əgər 1915-1918-ci illərdə ermənilərin köçürüldüyü ölkələr üzrə statistikaya baxsaq, onların sayı milyondan çox edir. Hətta erməni “mənbələri”nin ermənilərin çoxunun islamlaşdırılması və assimilyasiya edilməsinə dair təsdiq etdikləri məlumatlara diqqət yetirsək, onda da hətta məhv olmuş milyon adam barədə rəqəm hesab məntiqinə uyğun gəlmir. Müharibə həmişə faciədir və insanların müharibədə kütləvi şəkildə qırılması onun güzgüsüdür. 200 min öldürülmüş erməni də müharibənin nəticəsidir və bu qətiyyən osmanlılar tərəfindən törədilməyib, çünki müharibə onların torpağında gedib.

İllər keçir, əvvəllər düşmən olmuş xalqlar ümumi təmas nöqtələri taparaq əmin-amanlıq şəraitində yaşayırlar. Osmanlı imperiyasındakı 1915-ci il hadisələrindən də 100 il keçib. Ermənilər Qarabağda azərbaycanlı uşaqları “Öl, lənətə gəlmiş türk” deyə öldürüblər. Onlar bütövlükdə kəndləri, şəhərləri təkcə ona görə yer üzündən siliblər ki, orada məhz azərbaycanlılar yaşayıb. Bu isə çoxdan deyil, cəmi 20 il bundan əvvəl baş verib. Qarabağ torpağında baş vermiş dəhşətlər barədə faktlar isə heç kim tərəfindən uydurulmayıb. Bunlar erməni vəhşilikləri haqqında foto və videosənədlər, onlarla, yüzlərlə maddi dəlillərdir. Dağıdılmış Azərbaycan kəndləri, əcdadlarımızın alt-üst olmuş məzarları, təhqir olunmuş abidələr və müqəddəs yerlərimiz var. Ermənilər tərəfindən öldürülmüş azərbaycanlıların kütləvi basdırıldığı məkanlar var. Lakin indiki Türkiyənin ərazisində ermənilərin kütləvi basdırılmasına dair bir yer də yoxdur.

Ermənistanın indiki və əvvəlki rəhbərliyi azərbaycanlı uşaqları, qadınları, qocaları öldürdüklərini gizlətmirlər. Bütün bunları isə guya ki, 100 il bundan əvvəl baş vermiş “genosid” barədə danışan siyasətçilər nə eşidirlər, nə də görürlər. Onlar bunu ya dərk etmir, yaxud da daha qorxunc olanı baş verir. Yəni onlar yaxşı başa düşürlər ki, belə bəyanatlarla azərbaycanlıları, türk uşaqlarını öldürmələri üçün erməni millətçilərinin əlinə “kart-blanş” verirlər. Lakin qoy bu insanlar bilsinlər ki, Azərbaycan 1990-cı illərin əvvəlində arxadan kürəyinə xəncər vurulan o Azərbaycan deyil. Bu gün o, özünü nəinki müdafiə edə bilər və son aylarda qonşu ölkənin araqarışdıranlarının dönə-dönə hiss etdikləri kimi çox həssas cavab zərbəsi də endirə bilər. Türkiyə də elə dövlət deyil ki, onunla güc mövqeyindən danışmaq olsun.

Bir qədər də türklər haqqında.

Aprelin 24-də Türkiyədə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunacaq. Bu vuruşmalarda hər iki tərəfdən təxminən yarım milyon adam həlak olub. Döyüş başa çatdıqdan sonra Mustafa Kamal Atatürk öz hərbçilərinə göstəriş verib ki, ilk növbədə düşmən tərəfin, sonra isə türklərin cəsədlərini dəfn etsinlər. Bu, böyük millətin dahi liderinin rəftarıdır. Buna görə də aprelin 24-də Çanaqqalada bu döyüşdə vuruşmuş bir çox dövlətlərin liderləri və nümayəndələri toplaşacaq. Əmin olun ki, orada ediləcək çıxışlarda qaliblərin və məğlubların ünvanına bir kəlmə belə lənət səslənməyəcək. Orada həlak olanların xatirəsi bərabər şəkildə anılacaq. Həmçinin ona da əmin olun ki, həmin gün artıq Yerevanda bütün türk dünyasının ünvanına nifrinlər səslənəcək.

Aprelin 24-nə bir neçə gün qalır. Biz hələ müxtəlif siyasətçilərin, artistlərin, jurnalistlərin qondarma “erməni soyqırımı” barədə nitqlərini və bəyanatlarını yenə də eşidəcəyik. Avropa Parlamentinin məşhur “əzabkeş xalqın soyqırımı” barədə qətnaməsi buna təzə bir nümunə deyilmi? Bütün bunlar yenə də Mişel Montenin sözləri ilə desək, “Böyük cəhdlərlə böyük axmaqlıqlardır”.

Ağılsızlıq etməyin, cənablar!

(Məqalədə Anadolu Agentliyinin materiallarından istifadə olunub).

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH