İDMAN
Ağır atletika üzrə ölkə birinciliyində daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib
Bakı, 18 fevral, AZƏRTAC
Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - fevralın 18-də yaşı 17-dək olan oğlanlar 56 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıblar. Burada lerikli ağır atlet İsmayıl Məmmədov 209 kiloqram (94+115) nəticə göstərib və qızıl medala sahib çıxıb. Gümüş medalı Kamran Usubov (182 kq, 81+101), bürünc mükafatı isə Əli Zeynalov (165 kq, 75+90) qazanıblar.
On beş yaşadək oğlanların 56 kiloqram çəki dərəcəsində mübarizəsində isə lənkəranlı atlet Rüstəm Qasımov 187 kiloqram (87+100) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Samir Əskərzadə 177 kiloqramla (79+98) yarışı ikinci, Novruz Muxtarlı isə 173 kiloqram (79+97) nəticə ilə üçüncü pillədə başa vurublar.
Yarışa fevralın 19-da yekun vurulacaq.