İDMAN


Ağır atletika üzrə ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb.

AZƏRTAC xəbər verir ki, fevralın 19-dək davam edəcək yarışda 150-yə yaxın atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq yeniyetmə qızlar çıxıblar. Onlar mütləq birincilikdə Sinkleyr cədvəli üzrə qələbə uğrunda mübarizə aparıblar.

Yaşı 15-dək olan qızların mübarizəsində Günel Muxtarlı qalib adını qazanıb. O, toplam 74 kiloqram (33+41) nəticə ilə 164.49 Sinkleyr xalı toplayıb və rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala 91 kiloqram (40+51) nəticə və 153.16 xalla Fazilə İmanova, bürünc mükafata isə 115 kiloqram (53+62) nəticə ilə 151.01 xal toplayan Fidan Hüseynzadə sahib çıxıblar.

Yaşı 17-dək olan qızların mübarizəsində Səbinə Əzimova 153 kiloqram (65+88) nəticə ilə 228.77 Sinkleyr xalı toplayıb və qızıl medal qazanıb. Sonrakı yerləri, müvafiq olaraq 139 kiloqram (57+82) nəticə və 182.34 xalla Fidan Hüseynzadə və 106 kiloqram (45+61) nəticə və 158.49 xalla Şəfa Fərəcova tutublar.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.