İDMAN


Ağır atletika üzrə respublika yarışlarının üçüncü seçmə mərhələsi keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

İyulun 1–9-da Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının üçüncü seçmə mərhələsi keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. İyulun 1-2-də Xırdalanda keçiriləcək yarışa Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdakı bütün idman cəmiyyətlərindən atletlər mübarizəyə qoşulacaqlar. İyulun 5-6-da Lənkəranda təşkil ediləcək yarışda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyulun 8-9-da Samuxda keçiriləcək turnirə isə Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edəcək atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olacaq.

Zona turnirində 2007-ci, 2006-cı, 2005-ci, 2004-cü, 2003-cü, 2002-ci, 2001-ci, 2000-ci, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar.

Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.