İDMAN
Ağır atletika yarışının dördüncü günündə ilk çempionluq sevincini Misir təmsilçisi yaşayıb
Bakı, 16 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının dördüncü günündə -mayın 16-da 77 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində misirli atlet Mahmoud Mohamed qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, birdən qaldırmada 158, təkanla qaldırmada isə 190 kiloqram nəticə göstərib. Ümumilikdə 348 kiloqramı başı üzərinə qaldıran atlet çempionluğunu rəsmiləşdirib.
Gümüş medalın sahibi isə iraqlı Ahmad Faro Al Huseyn olub. O, 320 kiloqram (141+179 kq) nəticə ilə ikinci yeri tutub.
Bürünc medala isə türkiyəli atlet Cəlil Erdoğdu layiq görülüb. Türkiyə təmsilçisi 319 kiloqram (146+173 kq) nəticə göstərib.
Azərbaycan idmançısı Əfqan Bayramov 297 kiloqram (132+165 kq) nəticə ilə yarışı doqquzuncu sırada başa vurub.
Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara ABŞ-ın Ağır Atletika Federasiyasının prezidenti Ursula Papandrea təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]