İDMAN


Ağır atletika yarışlarının ikinci günündə Türkiyə və İndoneziya atletləri çempion olublar

Bakı, 14 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının ikinci günündə - mayın 14-də 58 və 62 kiloqram çəki dərəcələrində müvafiq olaraq qadın və kişi idmançılar mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, qadınların yarışında qızıl medalı türkiyəli Sümeyye Kentli qazanıb. O, birdən qaldırmada 90, təkanla qaldırmada isə 117 kiloqram nəticə göstərib. Ümumilikdə 207 kiloqramı ram edən türkiyəli atlet qızıl medallara layiq görülüb. Gümüş medala sahib olan indoneziyalı Jaqadhita Akhedya isə toplam 199 kiloqramlıq (91+108 kq) nəticə göstərib. Özbəkistanlı Muattar Nabieva isə 196 kiloqramlıq (89+107 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

Kişilərin mübarizəsində isə qızıl medalı indoneziyalı idmançı Eko Yuli İravan qazanıb. O, birdən qaldırmada 140, təkanla qaldırmada isə 150 kiloqramlıq nəticə göstərib. Ümumilikdə 290 kiloqramı ram edən atlet IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Misirli Ahmed Saad toplam 275 kiloqramlıq (123+152 kq) nəticə ilə gümüş medala layiq görülüb. Səudiyyə Ərəbistanının təmsilçisi Faysal Al Sulami isə 266 kiloqramlıq (120+140 kq) nəticə ilə üçüncü yeri tutub.

Azərbaycanı kişilərin yarışında təmsil edən Allahyar Abışov 252 kiloqramlıq nəticə ilə (117+135 kq) səkkizinci olub.

Ağır atletika yarışlarına mayın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.