İDMAN


Ağır atletika yarışlarının ilk qalibləri müəyyənləşib

Bakı, 13 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışında 56 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində ilk iki yerə İndoneziya idmançıları sahib olublar.

AZƏRTAC xəbər verir ki, bu ölkədən olan Surahmad Vijoyo qızıl medal qazanıb. O, birdən qaldırmada 116, təkanla qaldırmada isə 145 kiloqram nəticə göstərib. Ümumilikdə 261 kiloqramı ram edən V.Surahmad rəqiblərini üstələyib.

Gümüş medala sahib olan Muhamad Porkan isə toplam 256 kiloqramlıq (115+141 kq) nəticə göstərib. Tunisli Amine Bouhicbha isə 254 kiloqramlıq (113+141 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Alıyev 233 kiloqramlıq (103+130) nəticə ilə altıncı sırada qərarlaşıb.

Fəxri kürsüdə yer alan idmançılara medalları Beynəlxalq Atletika Federasiyasının prezidenti Tomas Ajan təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.