İDMAN
Ağır atletlərimiz Tailandda VII dünya çempionatında iştirak edəcəklər
Bakı, 30 mart, AZƏRTAC
Ağır atletika üzrə Azərbaycan yığması aprelin 3-dən 10-dək Tailandın paytaxtı Banqkokda keçiriləcək yeniyetmələr arasında VII dünya birinciliyində iştirak edəcək.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan yığma komandasının heyətinə oğlanlardan İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq), qızlardan isə Səbinə Əzimova (48 kq) daxil edilib.
Qeyd olunub ki, çempionatda yüzə yaxın ölkədən 538 atlet (179 qız və 359 oğlan) iştirak edəcək. Bu çempionatda qalib gələn atletlər gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]