CƏMİYYƏT
Ağır rok özünüdəyərləndirməni yüksəltməyə kömək edir
Bakı, 2 avqust, AZƏRTAC
Hollandiya və Almaniya alimləri tədqiqat keçirərək müəyyən ediblər ki, ağır musiqi depressiyaya qarşı mübarizəyə kömək edir.
Mütəxəssislər depressiya ilə mübarizəyə məhz hansı musiqinin kömək etdiyini aydınlaşdırmağa cəhd ediblər. AZƏRTAC “deita.ru” saytına istinadla xəbər verir ki, xüsusi eksperimentdə 30 könüllü iştirak edib. Hər bir respondent digərindən fərqli xarakterə və əhval-ruhiyyəyə malik olub. Onların hər birinə ağır və sakit məzmunlu musiqi təklif edilib.
Eksperimentdən sonra müəyyən edilib ki, ağır rok özünüdəyərləndirməni yüksəltməyə kömək edir. Üstəlik, əvvəllər mövcud olan bütün qərəzli rəylərə baxmayaraq, ağır rok insanı sakitləşdirir.
Tədqiqatçılar aydınlaşdırıblar ki, bu cür musiqidən sonra insan başqaları ilə daha asan ünsiyyət qurur.