İQTİSADİYYAT
“Ağır sənaye və maşınqayırma” mövzusunda alt işçi qrupun müzakirəsi olub
Bakı, 3 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Ağır sənaye və maşınqayırma" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin və iri sənaye qurumlarının rəhbərlərinin iştirak etdikləri müzakirələrdə işlək və işləməyən sənaye aktivlərindən səmərəli istifadənin daha çox dəyər yarada biləcəyi qeyd edilib. Sənayenin xammal təchizatı, kadr hazırlığı, bazarlara çıxış və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində təkliflər verilib.
Bildirilib ki, Azərbaycanda metallurgiya, neft-kimya, maşınqayırma, elektrik avadanlıqları, tikinti materialları və ərzaq sənayesi kimi sahələrin inkişaf potensialı var.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün təqdim edilib.