DÜNYA
Ağır yükləri qaldıra bilən miniatür robotlar hazırlanıb
Bakı, 28 aprel, AZƏRTAC
Stenford Universitetinin alimlərinin hazırladıqları kiçik robotlar öz çəkisindən yüz dəfə ağır yük qaldırıb daşıya bilir.
“Newsland” “New Scientist” istinadla xəbər verir ki, alimlər tədqiqat zamanı kələ-kötür səthlərdə çevik hərəkət etmək vərdişinə malik qekkon kərtənkələlərinin yerdəyişmə tərzini öyrəniblər.
Bu kərtənkələlərin pəncələrində ucları haçalanan xeyli miskropik cod tük var. Onlar Van-der-Vaals gücü vasitəsilə faktiki olaraq səthə yapışır. Hazırda eksperimental yolla sübuta yetirilib ki, çəkisi 50 qram olan qekkon kərtənkələləri pəncələrini səthə ilişdirməklə 2 kiloqramadək yük saxlamaq iqtidarındadır.
Robotların hərəkəti əvvəlcə bədəninin qabaq, sonra arxa hissəsini hərəkət etdirən, amma səthlə əlaqəsini itirməyən tırtılın hərəkətini xatırladır.
Çəkisi 9 qram olan robot yuxarı dırmaşmaq və bir kiloqram yük daşımaq iqtidarındadır. Alimlər çəkisi cəmi 20 milliqram olan və 500 milliqram yük qaldıra bilən robot hazırlamaq üçün mikroskopdan istifadə edirlər. Daha bir robot 12 qramlıq Tugdur. O, öz çəkisindən 2000 dəfə çox yük qaldırır.