CƏMİYYƏT


Ağız boşluğundakı bakteriyalar xərçəng xəstəliyinə şərait yarada bilər

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

İsrail həkimləri sübut ediblər ki, ağız boşluğundakı fuzobakteriyalar yoğun bağırsaqda bədxassəli şişin inkişafına şərait yarada bilər.

AZƏRTAC “live-healthy.ru” saytına istinadla xəbər verir ki, müvafiq material “Cell Host & Microbe” jurnalında dərc edilib.

Mütəxəssislərin fikrincə, mikroblar yoğun bağırsağın toxumalarına qanla keçir. Məsələ ondadır ki, fuzobakteriyalar sağlam toxumalara deyil, kolorektal şişlərə çökür. Sonra onlar fəal çoxalmağa başlayır ki, bu da onkoloji xəstəliklərin inkişafının sürətlənməsinə gətirib çıxarır. Amerikalı və israilli tibb işçiləri siçanlar üzərində aparılan təcrübədən, habelə kolorektal xərçəng diaqnozu qoyulan insanların toxumalarının analiz edilməsindən sonra bu nəticəyə gəliblər. Ağız boşluğunda yaşayan bakteriyalar yoğun bağırsaqda bədxassəli şişin yaranmasına gətirib çıxarır. Çünki bakteriyaların üstündəki Fap2 zülalı xərçəng hüceyrələrindəki Gal-GalNac kömürünü tanıyır. Odur ki, alimlər Fap2 zülalına və ya Gal-GalNac kömürünə qarşı preparat hazırlamağı planlaşdırırlar.

Bir qayda olaraq, fuzobakteriyalar insanın yuxarı tənəffüs yollarında yaşayır. Lakin bu mikrobların bəzi növləri şərti-patogen hesab edilir və immun çatışmazlığı zamanı ikincili qanqren və irinli-qanqrenli proseslər yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.