DÜNYA


Ağrıda antiterror əməliyyatı: 2 əsgər həlak olub, 11-i yaralanıb

Bakı, 11 may, AZƏRTAC

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda antiterror əməliyyatı zamanı baş verən atışmada 2 əsgər həlak olub, 11 əsgər yaralanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bölgədəki Tendürek dağında PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Əməliyyatın gedişində hərbçilərlə terrorçular arasında atışma olub. Nəticədə 5 PPK üzvü öldürülüb, hərbçilərdən 2-si həlak olub, 11-i yaralanıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Onlar Van vilayətinə göndərilib, digər yaralılar isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.