REGİONLAR


Ağstafa: İlin sonunadək qazlaşdırmanı 100 faizə çatdırmaq əsas hədəfdir

A+ A

Ağstafa, 11 avqust, AZƏRTAC

Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında qışa hazırlığın vəziyyəti müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun qışa hazırlığı sahəsində ilboyu təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, sakinlərin qaz, işıq və içməli su ilə təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır. Ötən aylar ərzində rayon icra hakimiyyəti tərəfindən Ağstafa şəhərinin M.Allahverdiyev, C.Cabbarlı, R.Alıcanov və Ş.Qurbanov küçələrində çoxmənzilli yaşayış binalarında giriş bloklarının qapı və pəncərələrinin təmiri və dəyişdirilməsi, blokların əsaslı təmiri, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi kimi zəruri addımlar atılıb və bu işlər hazırda davam etdirilir. Bir neçə binada istilik sistemi yaradılıb.

Bundan başqa, rayonun qəsəbə və kəndlərinin qazlaşması sahəsində ardıcıl tədbirlər görülüb, qazlaşma 85 faizə çatdırılıb. İlin sonuna kimi rayonda qazlaşmanın 100 faizə çatdırılması hədəf olaraq müəyyən edilib.

Sonda müzakirə edilən məsələ barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.