REGİONLAR


Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsi əsaslı təmir olunur

Ağstafa, 30 may, Famil Quliyev, AZƏRTAC

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində əsaslı yenidənqurma işləri aparılır.

Xəstəxanadan AZƏRTAC-a bildiriblər ki, şöbədə əməliyyat bloku, iki doğuş zalı, intensiv terapiya palatası, doğuşdan sonrakı uşaq palatası, sterilizasiya, xəstə qəbulu və həkim otaqları, camaşırxana və texniki otaqlar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur. Şöbə təmirdən sonra ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.