REGİONLAR


Ağstafa Sənaye Parkında tikinti işləri sürətlə davam edir

A+ A

Ağstafa, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması, iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq, Ağstafa rayonunda “Karvan-L” şirkətinin böyük istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının tikinti işlərinə başlanılıb. Sənaye parkı üçün ayrılmış torpaq sahəsində inzibati binanın inşası sürətlə davam edir.

AZƏRTAC xəbər verir ki, istehsal və emal müəssisələri üçün nəzərdə tutulan avadanlıq və qurğuların tikinti meydançasına gətirilməsi təmin edilib, istehsal və emal müəssisələrinin tikintisinə hazırlıq işləri gedir.

Ümumi dəyəri 12.5 milyon manat olan “Karvan-L Eko” Sənaye Parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəz emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur.

Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb olunacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.