REGİONLAR


Ağstafa şəhərində daha iki küçə əsaslı təmirdən sonra istifadəyə verilib

Ağstafa, 8 sentyabr, Famil Quliyev, AZƏRTAC

Ağstafa şəhərində daha iki küçə əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, şəhərin Həmid Abbas və Səməd Vurğun küçələrində aparılan tikinti-quruculuq işlərinin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev son illərdə rayonda, o cümlədən Ağstafa şəhərində aparılan genişmiqyaslı tikinti-abadlıq işləri barədə məlumat verib. Qeyd edib ki, rayonun inkişaf planına uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illərdə Ağstafa şəhərində 1 prospekt və 14 küçə əsaslı şəkildə yenidən qurulub, 25 çoxmənzilli yaşayış binasının əsaslı təmiri təmin edilib.

Həmid Abbas və Səməd Vurğun küçələrində elektrik və rabitə dirəkləri, kommunikasiya xətləri təhlükəsiz yerə çəkilib. Küçələrdə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində 1750 metr uzunluğunda avtomobil yollarına asfalt döşənib.

Tədbirdə çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.