REGİONLAR
Ağstafa şəhərinin küçələri yenidən qurulur
Ağstafa, 6 avqust, AZƏRTAC
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkən qəfəsələrinin təmiri və binaların həyətində abadlıq işlərinin aparılması sürətlə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa şəhərinin Həmid Abbas və Səməd Vurğun küçələrində yeni asfalt örtüyünün salınması məqsədi ilə aparılan hazırlıq işləri isə başa çatdırılıb. Hər iki küçədə elektrik naqilləri və qaz xətləri təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq yerlərə çəkilib, rabitə, kommunikasiya xətləri nizamlanıb. Küçələrin hərəkət hissəsinə yeni bordür qoyulub, piyada səkilərinə dekorativ daş döşənməsinə başlanılıb, işıqlandırma sistemi yenilənib.
Şəhərin digər küçələrində də abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulub.