REGİONLAR
Ağstafada 63 min 880 nəfər tibbi müayinədən yararlanıb
Ağstafa, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən cari ilin fevralın 3-dən mayın 1-dək ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi Ağstafa rayonunda uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev AZƏRTAC-a bildirib ki, tərtib olunan qrafikə əsasən rayon sakinləri həkim briqadaları tərəfindən hərtərəfli müayinə olunur. Artıq 63 min 880 nəfər tibbi müayinədən keçib. Müayinə zamanı xəstəlik aşkarlanan 680 nəfər ambulator, 53 nəfər stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, 40 nəfər müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndərilib.
Tibbi müayinədən yararlanan sakinlər bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına dərin minnətdarlıqların bildirirlər.